Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST-ün baş direktoru Qebreyesus Hindistanın AYUSH Nazirliyinin dövlət naziri Jadhav və nazirliyin katibi Koteça ilə görüşüb.

Görüşlə bağlı açıqlamasında Qebreyesus bildirib: “Hindistanın AYUSH Nazirliyinin dövlət naziri Prataprao Jadhav və katib Vaidya Rajesh Koteça ilə görüşməkdən məmnun oldum. Ənənəvi tibb sahəsində əməkdaşlığımızın dərinləşdirilməsini müzakirə etdik”.

Qebreyesus ÜST-nin Qlobal Ənənəvi Tibb Mərkəzinə ev sahibliyi etdiyinə görə Hindistan hökumətinə təşəkkür edərək, mərkəzin tədqiqat, standartların müəyyənləşdirilməsi və ənənəvi tibbin təhlükəsizliyi, effektivliyi və keyfiyyəti ilə bağlı güclü elmi sübutların yaradılması sahələrində fəaliyyət göstərəcəyini qeyd edib.

Bildirilib ki, görüş ÜST ilə Hindistan arasında ənənəvi tibb sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində aparılan işlər çərçivəsində baş tutub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp