Qebreyesus: Türkiyə ənənəvi bilikləri müasir səhiyyə xidməti ilə birləşdirir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus, 2025-ci il oktyabrın 3-də, cümə günü “Sağlam Türkiyə Əsri” mövzusu ilə keçirilən 3-cü Ənənəvi və Tamamlayıcı Tibb Konqresinə video müraciət göndərib.
Mesajında, ənənəvi təbabət sahəsində vizioner fəaliyyətlərinə görə Əminə Ərdoğanı təbrik edən Dr. Tedros, Səhiyyə naziri Prof. Dr. Kemal Memişoğluna da Türkiyənin ənənəvi bilikləri səhiyyə innovasiyası ilə birləşdirmə öhdəliyini göstərən işlərinə görə təşəkkür edib.
Dr. Tedros vurğulayıb ki, Türkiyə Anadolunun zəngin mədəni irsindən qaynaqlanan qədim ənənəvi təbabət ənənəsinə malikdir və son illərdə hicama və zəli müalicəsi kimi tətbiqlərin sertifikatlaşdırılaraq müasir səhiyyə xidmətlərinə inteqrasiya edilməsini mühüm addım kimi qiymətləndirib.
O bildirib ki, Türkiyə ənənəvi bilikləri qorumaq əzmini təhlükəsizlik, keyfiyyət və müasir səhiyyə xidmətlərinin göstərilməsi ilə birləşdirir.
Azərbaycan İnformasiya Agentliyi