Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl-Ənsari bildirib ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Dohadadırlar, lakin İran rəsmiləri ilə birbaşa görüş keçirməyəcəklər.

Əl-Ənsari qeyd edib ki, ABŞ nümayəndə heyəti Vaşinqton və Tehran arasında əvvəllər imzalanmış anlaşma memorandumunun icra prosesini qiymətləndirmək məqsədilə vasitəçilərlə görüşəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai çərşənbə axşamı ABŞ rəsmiləri ilə birbaşa danışıqların planlaşdırıldığını təkzib edib.

Bildirilib ki, İran çərşənbə günü Qətərlə görüş keçirəcək və həmin görüşdə dondurulmuş İran aktivləri də daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq.

İran Prezidenti Məsud Pezeşkian bazar ertəsi bildirib ki, mümkün razılaşma qarşılıqlı öhdəliklərə əsaslanmalıdır və ABŞ razılaşmaya əməl edəcəyi təqdirdə İran da öz öhdəliklərini yerinə yetirəcək.

İran Prezidenti həmçinin vurğulayıb ki, İran "əsassız öyünmələrə və əsassız təhdidlərə" rasional qərarlar və qətiyyətli, qorxusuz legitim özünümüdafiə ilə cavab verib. İran və ABŞ iyunun 18-də Livan da daxil olmaqla bütün cəbhələrdə regiondakı müharibəyə son qoyulması barədə anlaşma memorandumunu imzalayıblar.

İyunun 22-də isə Pakistan və Qətərin vasitəçiliyi ilə İran və ABŞ nümayəndə heyətləri arasında əvvəlki gün keçirilən yüksək səviyyəli məsləhətləşmələrdən sonra İsveçrədə texniki danışıqlara başlanılıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp