Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi ilə bağlı qiymətləndirmələr aparıb.

Zelenski Kiprə təşəkkür edərək bildirib ki, onun sədrliyi dövründə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlarına rəsmi başlanılıb və ilk danışıqlar fəsli açılıb.

O, həmçinin 90 milyard avroluq maliyyə dəstək paketinin qüvvəyə minməsinin və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqlənməsinin Ukrayna və Avropanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Aİ Şurasına sədrliyi təhvil alan İrlandiyanı təbrik edən Zelenski bildirib ki, qarşıdakı dövrdə qalan danışıq fəsillərinin açılması mümkündür və bu proses qarşısında ciddi maneə yoxdur. O əlavə edib: "Həmçinin Rusiyaya qarşı ədalətli təzyiqin daha da genişlənəcəyinə ümid edirik. Hazırda uzaqmənzilli və ortamənzilli sanksiyalarımız sayəsində Rusiya xüsusilə həssas vəziyyətə düşüb. Bu nailiyyətlər Avropa və digər tərəfdaşlarımızın yeni qətiyyətli addımları ilə dəstəklənməlidir. Eyni dərəcədə vacib olan odur ki, Avropa İttifaqı Avropanı gücləndirən bütün proqramlarda, xüsusilə də birgə müdafiə əməkdaşlığımızda maksimum nəticəyönümlü olsun. Ukrayna fəal işləməyə hazırdır, çünki ortaq gücümüz və birliyimiz ortaq təhlükəsizliyimizin təməlidir."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp