Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinə məxsus ADNOC tankerinin Hörmüz boğazından keçərkən raket hücumuna məruz qalmasını pisləyib.

Doha rəhbərliyi açıqlamasında hücumun beynəlxalq hüququn və dəniz naviqasiyası azadlığının açıq şəkildə pozulması olduğunu bildirib. Qətər həmçinin hücumun BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə zidd olduğunu qeyd edib.

Qətər Xarici İşlər Nazirliyi Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə edilməsini qətiyyətlə rədd etdiyini vurğulayıb.

Nazirlik strateji su yolunun qeyd-şərtsiz yenidən açılmasına çağıraraq, Hörmüz boğazında naviqasiya azadlığının fundamental və müzakirə predmeti olmayan prinsip olduğunu bildirib.

Açıqlamada boğazın bağlı qalmasının yalnız region ölkələrinin həyati maraqlarını deyil, qlobal iqtisadiyyatı da təhdid etdiyi qeyd olunub.

Qətər İranın regiondakı qardaş ölkələrə məxsus aktivlərə hücumlarının dayandırılmalı olduğunu bildirərək, Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəy olduğunu açıqlayıb.

Doha rəhbərliyi həmçinin BƏƏ-nin öz aktivlərini qorumaq məqsədilə gördüyü bütün tədbirləri dəstəklədiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp