Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi İranın Bəhreynə qarşı davam edən hücumları ilə bağlı bəyanat yayıb.

Bəyanatda İran İslam Respublikasının Bəhreyn Krallığına qarşı hücumlarının ölkənin suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə pozduğu qeyd olunub. Hücumların beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və mehriban qonşuluq prinsiplərinə zidd olduğu bildirilib.

Qətər Xarici İşlər Nazirliyi hücumların davam etməsinin regionda təhlükəli gərginliyə səbəb olduğunu və gərginliyin qarşısını almağa yönəlmiş səyləri çətinləşdirə biləcəyini vurğulayıb. Bəyanatda hücumların regional təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş siyasi və diplomatik təşəbbüslərə də mənfi təsir göstərə biləcəyi qeyd edilib.

Nazirlik Qətərin Bəhreyn Krallığı ilə həmrəyliyini bir daha təsdiqləyərək ölkənin suverenliyini və təhlükəsizliyini qorumaq üçün həyata keçirdiyi bütün tədbirləri dəstəklədiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp