Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Xarici İşlər Nazirliyi İsrail işğalçı hökumətindən bir nazirin məskunlaşanlarla birlikdə Əl-Əqsa məscidinə etdiyi basqını pisləyib.

Nazirliyin açıqlamasında bildirilib ki, bu hərəkət beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və dünya üzrə müsəlmanların hisslərini təhqir edir.

Qətər bu cür təxribat xarakterli basqınların davam etməsini və Əl-Əqsa məscidinin dini və tarixi statusunu zəiflətmək cəhdlərini qəti şəkildə rədd etdiyini bildirib.

Bəyanatda beynəlxalq ictimaiyyət işğal altındakı Qüdsə və müqəddəs məkanlara qarşı yönəlmiş pozuntular qarşısında mənəvi və hüquqi məsuliyyətlərini yerinə yetirməyə çağırılıb.

Qətərin Xarici İşlər Nazirliyi həmçinin Fələstin məsələsinə və Fələstin xalqının hüquqlarına dəstəyin davam etdiyini vurğulayaraq, fələstinlilərin dini ibadətlərini sərbəst yerinə yetirmək hüququnu və 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququnu dəstəklədiyini bir daha bəyan edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp