Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika regionunun əsas fond indeksləri ticarət gününü əsasən mənfi zonada başa vurub. ABŞ-da Dow Jones indeksi 0,35 faiz azalaraq 51.670,10 bəndə, S&P 500 indeksi 0,02 faiz geriləyərək 7.805,45 bəndə, Nasdaq indeksi isə 0,15 faiz enərək 27.204,38 bəndə düşüb.

Kiçik kapitallaşmalı şirkətləri təmsil edən Russell 2000 indeksi 0,40 faiz azalaraq 2.783,37 bəndə enib, bazar dəyişkənliyini göstərən S&P 500 VIX indeksi isə 0,39 faiz artaraq 15,27 bəndə yüksəlib. Cənubi Amerikada Braziliyanın Bovespa indeksi 1,04 faiz itki ilə 206.888 bəndə geriləyərək regionda ən böyük enişi qeydə alıb. Kanadanın S&P/TSX indeksi 0,09 faiz artaraq 35.983,98 bəndə, Meksikanın S&P/BMV IPC indeksi isə 0,133 faiz yüksələrək 66.965,15 bəndə çatıb. Bundan əlavə, Almaniyanın DAX indeksi 0,07 faiz azalaraq 25.259,90 bəndə düşüb, qlobal MSCI World indeksi isə 0,03 faiz artaraq 4.966,21 bənd səviyyəsində qərarlaşıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp