Quterreş mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırıb
Nyu-York, 15 noyabr (Hibya) – Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dələduzluğun transmilli mütəşəkkil cinayətkarlığın ən sürətlə inkişaf edən formalarından birinə çevrildiyini bildirərək beynəlxalq əməkdaşlığa çağırıb.
BMT-nin Baş katibi Antonio Quterreş sosial media hesabında verdiyi açıqlamada onlayn dələduzluq və saxtakarlıq üsullarının cinayətkar şəbəkələrə milyardlarla dollar gəlir gətirdiyini bildirib.
Quterreş dələduzluğun transmilli mütəşəkkil cinayətkarlığın ən sürətlə yayılan formalarından biri olduğuna diqqət çəkərək zərərçəkənlərin qorunmasının və cinayət fəaliyyətlərinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edən Quterreş deyib: “Gəlin, zərərçəkənləri qorumaq, dələduzluğun qarşısını almaq və mütəşəkkil cinayətkarlığı dayandırmaq üçün birlikdə çalışaq.”
Azərbaycan İnformasiya Agentliyi