Reçan Aİ-nin Genişlənmə üzrə Komissarı Kos ilə razılaşma imzaladı
Kişineu, 9 may (Hibya) – Moldova Baş naziri Dorin Reçan Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Marta Kos ilə Birgə İnkişaf Planı üzrə Maliyyə Razılaşmasını imzalayıb.
Avropa Günü münasibətilə çıxış edən Baş nazir Reçan bildirib ki, Moldova üçün Aİ dəstəyi və milli birliyin bir daha bir araya gəlməsi Avropanın gələcəyi naminə baş verir.
Reçan qeyd edib ki, Marta Kos ilə birlikdə İnkişaf Planı üzrə Maliyyə Razılaşmasını imzalayıblar və bunu “qurumlarımızı modernləşdirmək və iqtisadiyyatımızı böyütmək üçün misli görünməmiş Aİ vəsaitlərini gətirən tarixi bir addım” kimi qiymətləndirib.
Azərbaycan İnformasiya Agentliyi