Tramp: Onlar bizim yanımızda olmadılar
Vaşinqton, 3 iyul (Hibya) - ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada NATO müttəfiqlərini tənqid edib.
ABŞ Prezidenti Donald Tramp açıqlamasında ABŞ-ın müdafiə xərclərindəki payına diqqət çəkərək, mövcud münasibətlərin "birtərəfli" olduğunu bildirib.
Tramp paylaşdığı qrafikdə bəzi ölkələrin NATO-nun müdafiə xərclərinə töhfələrini göstərərək, ABŞ-ın müdafiə xərclərinə ən böyük töhfə verən ölkə olduğunu qeyd edib.
Tramp bildirib: "Münasibətlər qarşılıqlı olmadığı halda ABŞ-ın bu birtərəfli yolla davam etməsi gülüncdür. Onlar bizim yanımızda olmadılar!"
Azərbaycan İnformasiya Agentliyi