Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio Hindistanın Baş naziri Narendra Modi ilə Nyu-Dehlidə görüşüb.

Rubio görüşdə ABŞ ilə Hindistan arasındakı münasibətlərin əhəmiyyətinə diqqət çəkərək, enerji sahəsində əməkdaşlıq, kritik təchizat zəncirlərinin təhlükəsizliyi və yeni texnologiyalar üzrə birgə fəaliyyətlərin müzakirə edildiyini bildirib.

Görüş zamanı Yaxın Şərqdəki proseslər də müzakirə olunub və iki ölkə arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Rubio həmçinin ABŞ Prezidenti adından Baş nazir Modini Ağ Evə dəvət etdiyini açıqlayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp