Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Federasiyası BMT Baş Assambleyasının 2024-cü ildə qəbul etdiyi 78/267 saylı qətnaməyə uyğun olaraq hər il noyabrın 15-də qeyd edilən Transmilli Mütəşəkkil Cinayətkarlığın Bütün Formalarının Qarşısının Alınması və Onlarla Mübarizə üzrə Beynəlxalq Gün münasibətilə qlobal əməkdaşlığın və cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb.

BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyasının qəbul edilməsinin xatırlandığı bəyanatda müasir cinayətkar şəbəkələrin informasiya və kommunikasiya texnologiyalarından istifadə etdiyi, silah və narkotik qaçaqmalçılığı, insan alveri, dələduzluq və çirkli pulların yuyulması sahələrində getdikcə daha aqressiv və mürəkkəb üsullara əl atdığı bildirilib. Həmçinin bu strukturlarla ekstremist və terror təşkilatları arasında əlaqələrin gücləndiyinə diqqət çəkilib.

Bəyanatda Rusiyanın qlobal cinayətkarlıqla mübarizə sisteminin əsaslarının yaradılmasında qabaqcıl rol oynadığı, BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyasını (UNTOC) ilk ratifikasiya edən ölkələrdən biri olduğu və BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasının hazırlanmasında təşəbbüs göstərdiyi xatırladılıb. Moskvanın xüsusilə BMT, Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRICS platformaları çərçivəsində çoxtərəfli əməkdaşlığı təşviq etdiyi qeyd olunub.

Bundan əlavə, Rusiyanın BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin büdcəsinə hər il 3 milyon dollar məbləğində könüllü töhfə verdiyi bildirilib. Bu vəsaitlərin Mərkəzi Asiyada narkotiklərlə və korrupsiya ilə mübarizə layihələrinə, həmçinin Afrika sahillərində dəniz quldurluğuna qarşı mübarizə tədbirlərinə yönəldildiyi qeyd edilib.

Transmilli cinayətkarlığın sərhəd tanımadığı vurğulanaraq bu təhlükə ilə mübarizənin beynəlxalq ictimaiyyətin birgə, əlaqələndirilmiş və siyasiləşdirilməmiş səylərini tələb etdiyi, BMT-nin isə mərkəzi əlaqələndirici rol oynamalı olduğu bildirilib. Hüquq-mühafizə orqanları arasında əməkdaşlığın siyasi şərtlərdən asılı vəziyyətə salınmasının yalnız cinayətkarların maraqlarına xidmət etdiyi barədə xəbərdarlıq edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp