Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin xəbərinə görə, Rusiyanın müdafiə naziri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimova müəyyən edilmiş müddət ərzində bütün cəbhə xətlərində döyüş əməliyyatlarını dayandırmaq tapşırılıb.

Kreml bildirib ki, Rus Pravoslav Kilsəsi tərəfindən müsbət qarşılanan bu addım zamanı qoşunlar mümkün təxribatlara qarşı hazırlıqlı olacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski də Kiyev rəhbərliyinin sözügedən atəşkəs qərarına əməl edəcəyini bildirib.

Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Tatyana Moskalkova qeyd edib ki, bu müvəqqəti fasilə yaralıların təxliyəsi və itkin düşmüş şəxslərin axtarışı ilə bağlı humanitar səyləri artıracaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp