Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

NATO-nun Baş katibi Mark Rutte Rumıniya ilə həmrəylik mesajı verib.

Rumıniyalı həmkarı ilə söhbəti barədə danışan Rutte deyib: “Rumıniya Prezidenti Nikuşor Dan ilə Qalațidə yaşayış binasına dəyən Rusiya pilotsuz uçuş aparatı barədə danışdım. NATO-nun Rumıniya ilə tam həmrəyliyini təsdiqlədim və hadisədə yaralananlara tezliklə sağalmalarını arzuladım.”

İttifaqın müdafiə qətiyyətini vurğulayan Rutte bildirib: “NATO-nun müttəfiq ərazilərinin hər qarışını müdafiə etməyə hazır olduğunu təsdiqlədim. Pilotsuz uçuş aparatlarından gələn təhdidlər də daxil olmaqla bütün təhlükələrə qarşı çəkindirmə və müdafiə hazırlığımızı gücləndirməyə davam edəcəyik.”

Hücumun regional təsirləri və yaratdığı risklərə toxunan Rutte sözlərini belə yekunlaşdırıb:

“Rusiyanın məsuliyyətsiz davranışı hamımız üçün təhlükədir. Onlar Ukrayna boyunca mülki şəxsləri və mülki infrastrukturu hədəf almağa davam edirlər. Və dünən gecə bir daha göstərdilər ki, onların qanunsuz təcavüzkar müharibəsinin nəticələri sərhəddə dayanmır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp