Rusiyada hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb: 17 ölü
Rusiyanın Kemerovo vilayətində qəzaya uğrayan An-12 tipli hərbi nəqliyyat təyyarəsində olan 17 nəfərin həyatını itirdiyi bildirilir. Vilayətin qubernatoru qəzanı təsdiqləsə də, ölənlərin sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Rusiyanın Kemerovo vilayətində An-12 tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Rusiya mətbuatında yayılan xəbərlərə görə, təyyarədə olan 17 nəfər həyatını itirib. Kemerovo vilayətinin qubernatorunun qəzanı təsdiqlədiyi, lakin insan tələfatı ilə bağlı hələlik rəsmi açıqlama verilmədiyi bildirilib.
Azərbaycan İnformasiya Agentliyi