Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Finlandiya Prezidenti Aleksandr Stubb Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündən sonra açıqlama verib.

Stubb sosial media hesabında etdiyi paylaşımda Ştaynmayerə əməkdaşlıq və dostluğuna görə təşəkkür edərək may ayında Helsinkidə keçirilən görüşdən sonra sıx dialoqu davam etdirdiklərini bildirib.

Finlandiya və Almaniyanın Ukraynanın güclü dəstəkçiləri olduğunu vurğulayan Stubb deyib: “Bu müharibənin necə başa çatacağı təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərəcək”.

Baltik dənizinin təhlükəsizliyinin hər iki ölkə üçün həyati əhəmiyyət daşıdığını qeyd edən Stubb Almaniya və Finlandiyanın Avropa müdafiəsini gücləndirmək üçün birlikdə çalışdıqlarını bildirib.

Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu vurğulayan Stubb deyib: “Buna yalnız birlikdə nail olmaq mümkündür. Almaniya müdafiə sahəsində modernləşmə ilə yol göstərir və Finlandiya bu prosesdə qətiyyətlə onun yanında dayanır”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp