Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın paytaxtı Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Səfərini dəyərləndirən Vadeful Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu bildirib.

İki ölkə arasındakı münasibətlərin Strateji Gündəm çərçivəsində dərinləşdirildiyini qeyd edən Vadeful deyib: “Azərbaycan Avropa İttifaqı və Almaniya üçün etibarlı tərəfdaşdır. Strateji Gündəmimiz vasitəsilə münasibətlərimizi dərinləşdiririk”.

Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə də toxunan Vadeful Almaniyanın iki ölkə arasında sülhü və əməkdaşlığı təşviq etdiyini vurğulayaraq deyib: “Biz regionda sülhü dəstəkləməyə hazırıq”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp