Rusiyanın Ukraynaya hücumlarında 12 nəfər həyatını itirib
Kiyev, 1 sentyabr (Hibya) - Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın sentyabrın 1-nə keçən gecə ölkə üzrə raketlər və çox sayda pilotsuz uçuş aparatı ilə genişmiqyaslı hücumlar həyata keçirdiyini açıqlayıb. Hücumlarda azı 12 nəfərin həyatını itirdiyi, onlarla insanın yaralandığı bildirilib.
Paytaxt Kiyevdə dəmir yolu deposunun hədəfə alınması nəticəsində 7 nəfərin öldüyü, Kiyev vilayətinin Borispil şəhərində isə 4 nəfərin həyatını itirdiyi və 13 nəfərin yaralandığı bildirilib. Borispildə beşmərtəbəli binanın zərər gördüyü və 50 nəfərin təxliyə edildiyi qeyd olunub.
Odessa və ətraf ərazilərin də pilotsuz uçuş aparatları və idarəolunan bombalarla hədəfə alındığı, minlərlə ailənin elektriksiz qaldığı bildirilib. Rumıniya ilə beynəlxalq sərhəd-keçid məntəqəsinin və ixrac infrastrukturunun da hücumlardan zərər gördüyü qeyd edilib.
Ukrayna Xarici İşlər Nazirliyi hava hücumundan müdafiə sistemləri və hərbi yardım dəstəyinin artırılmasına çağırıb.
Azərbaycan İnformasiya Agentliyi