Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə təşkil olunan Jerusalem Post Diplomatiya Konfransında İsrailin xarici siyasəti ilə bağlı fikirlərini bölüşüb.

Saar bildirib: “İsrailin təmkin dövrü başa çatıb. Britaniyanın Leyboristlər Partiyası hökumətinin İsrailə qarşı düşmənçilik hərəkətlərinin nəticələri var. Digər ölkələr də bunu nəzərə almalıdır”.

Qüdsün beynəlxalq aləmdə getdikcə daha çox dəstək qazandığını iddia edən Saar gələn həftə İsrailin paytaxtında onuncu xarici səfirliyin açılacağını bildirib.

Saar vəzifəyə başladığı zaman Qüdsdə beş xarici səfirliyin olduğunu qeyd edərək yeni səfirliklərin açılmasının davam edəcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp