Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Saar Qüdsdə Serbiyanın Avropa İnteqrasiyası naziri Nemanya Staroviç ilə bir araya gəlib.

Görüşlə bağlı açıqlama verən Saar müharibə dövründə Serbiyanın İsrailə verdiyi dəstəyə diqqət çəkərək deyib: “Müharibə boyu Serbiyanın göstərdiyi sarsılmaz dəstəyə və İsrail-Serb girovu Alon Ohelin azad edilməsinin təmin olunması istiqamətindəki səylərə görə ona təşəkkür etdim”.

Saar Sidneydə baş verən yəhudi əleyhinə terror hücumunun da müzakirə edildiyini bildirərək əlavə edib: “Serbiyanın antisemitizmlə mübarizədə ciddi və qətiyyətli mövqeyini yüksək qiymətləndiririk”.

Saar açıqlamasını “Serbiyanın dostluğuna minnətdarıq” sözləri ilə tamamlayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp