Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin xarici işlər və xaricdə yaşayan vətəndaşlar naziri Varsen Ağabekyan Şahin Bağdaddakı Bələdiyyələr Kompleksində yerləşən Hayfa İdman Klubunda İraqda yaşayan Fələstin icmasının üzvləri və qaçqınlarla görüşüb.

Görüş zamanı Qəzza zolağında və işğal altındakı Qüds də daxil olmaqla İordan çayının qərb sahilində baş verən hadisələrə toxunan Şahin fələstinlilərin öz vətənlərində etnik təmizləmə, məcburi köçkünlük, qətllər, həbslər və məskunlaşma fəaliyyətlərinin genişləndirilməsi ilə üzləşdiklərini bildirib. O, ölkə xaricində yaşayan fələstinlilərin isə qaçqınlıq səbəbindən humanitar və sosial problemlər yaşadıqlarını, onların hüquqlarının, ləyaqətlərinin və insana layiq yaşayış şəraitinin müxtəlif çətinliklərlə qarşılaşdığını ifadə edib.

Şahin Fələstin rəhbərliyinin və Xarici İşlər və Xaricdə Yaşayan Vətəndaşlar Nazirliyinin İraqdakı fələstinlilərin problemlərini izləməyə, ehtiyaclarını müəyyənləşdirməyə və aidiyyəti qurumlarla koordinasiya şəraitində həll yolları tapmağa böyük əhəmiyyət verdiyini vurğulayıb.

Nazir Şahin görüş zamanı fələstinlilərin problemlərini və tələblərini də dinləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp