Sandu: Aİ ilə 1,9 milyard avroluq İslahat və İnkişaf Mexanizmini imzaladıq
Kişineu, 9 may (Hibya) – Moldova Prezidenti Maya Sandu ölkə üçün böyük bir addım atdıqlarını bəyan edib.
Prezident Maya Sandu bu gün Avropa İttifaqı (Aİ) ilə 1,9 milyard avro dəyərində İslahat və İnkişaf Mexanizmini imzaladıqlarını bildirib.
O deyib: “Bu müqavilə gələcək üçün güclü bir sərmayədir. İqtisadiyyatımızı böyütmək, infrastrukturu, təhsili və səhiyyəni yaxşılaşdırmaq və xalqımız üçün daha yaxşı bir həyat qurmaq üçün Aİ-nin dəstəyinə minnətdarıq.”
Azərbaycan İnformasiya Agentliyi