Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Hollandiya Baş naziri Sxoof Mərakeşin xarici işlər naziri Nasser Burita ilə görüşməkdən məmnun olduğunu bildirib.

Sxoof qeyd edib ki, Hollandiya ilə Mərakeş arasında uzun illərdir davam edən güclü əlaqələr mövcuddur və ölkədə yaşayan Mərakeş–Hollandiya icması bu münasibətləri daha da möhkəmləndirir.

O, iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində addımların müzakirə olunduğunu bildirərək deyib: “Məsələn, Birgə Fəaliyyət Planımızın yenilənməsi, miqrasiya, ticarətin təşviqi, terrorla mübarizə, insan hüquqları və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi Hollandiya üçün vacib mövzularda Mərakeşlə yeni razılaşmalar əldə etməyimizə imkan verəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp