Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Hollandiya Baş naziri Schoof, İsrailin Baş naziri Benyamin Netanyahuyla telefon danışığında, Qəzzadakı dəhşətli humanitar vəziyyətin dərhal atəşkəslə dayandırılması və köklü şəkildə yaxşılaşdırılması çağırışını edib.

Schoof vurğulayıb ki, İsrail Aİ ilə etdiyi humanitar yardım razılaşmasındakı öhdəliklərini yerinə yetirməlidir və əlavə edib ki, Qəzzadakı müharibənin intensivləşməsi onsuz da fəlakətli olan vəziyyəti daha da ağırlaşdırır. O deyib: “Fələstin İslam Müqavimət Hərəkatının bütün girovları azad etməsi, silahı yerə qoyması və Qəzzənin gələcəyində heç bir rol oynamaması həyati əhəmiyyət daşıyır.”

Dik Schoof həmçinin qeyd edib ki, Hollandiya, İsrailin İordan çayının qərb sahilindəki qanunsuz məskənlər üçün E1 tikinti planı kimi iki dövlətli həll yolunu pozan hər bir addımı pisləyir və deyib: “Sonsuz müharibə heç kimin xeyrinə deyil. Bu müharibə və əzab-əziyyət sona çatmalıdır. Hollandiya bu məqsəd uğrunda tərəfdaşlarımızla birlikdə işləməyə davam edəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp