Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha sosial media hesabında paylaşdığı açıqlamada Rusiya Prezidenti Vladimir Putinin Avropanın təhlükəsizlik nizamını yenidən formalaşdırmaq cəhdlərini qiymətləndirib.

Putinin arzularının 1945-ci ildə keçirilən Yalta Konfransına əsaslandığını bildirən Sıbiha qeyd edib ki, Rusiya bu miqyasda ideyalar irəli sürmək üçün əvvəlcə Ukraynaya qarşı apardığı müharibədə qalib gəlməlidir.

Sıbiha iddia edib ki, Rusiya dörd il səkkiz aydır Zaporojye vilayətindəki Mala Tokmaçka kəndini ələ keçirməyə çalışır, lakin bu məqsədinə nail ola bilməyib.

Sıbiha müharibədə 1,6 milyondan çox rusiyalı hərbçinin öldüyünü və ya yaralandığını iddia edib. O, həmçinin Rusiyanın oktyabr ayında 54 min 400 hərbçi itirdiyini və Ukraynanın həmin dövrdə Rusiyanın ələ keçirdiyindən daha çox ərazini azad etdiyini bildirib.

Sıbiha qeyd edib ki, hazırkı mərhələdə Putin mövcud cəbhə xətti boyunca ədalətli atəşkəs əldə etmək üçün danışıqlar apara bilər.

Avropanın yeni təhlükəsizlik nizamına ehtiyac duymadığını bildirən Sıbiha mövcud nizamın Rusiya tərəfindən pozulduğunu vurğulayıb. Ukraynanın xarici işlər naziri təhlükəsiz və azad Avropanın əsas şərtinin Rusiya təcavüzünə qarşı müqavimət göstərmək olduğunu ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp