Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Sibixa Barham Salihin BMT-nin Qaçqınlar üzrə yeni Ali Komissarı seçilməsi münasibətilə onu təbrik edib.

Sibixa bildirib ki, Barham Əhməd Salihin bilik və təcrübəsi qaçqınların üzləşdiyi çətinliklərin həllinə və dünya üzrə milyonlarla məcburi köçkünün ehtiyaclarına qlobal cavabın gücləndirilməsinə mühüm töhfə verəcək.

Ukraynanın UNHCR ilə tərəfdaşlığına böyük əhəmiyyət verdiyini vurğulayan Sibixa deyib: «Rusiyanın davam edən təcavüzkar müharibəsi nəticəsində ölkə daxilində və xaricində məcburi köçkün düşmüş təxminən 10 milyon ukraynalıya dəstək göstərilməsi istiqamətində sıx əməkdaşlığın davamını səbirsizliklə gözləyirik».

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp