Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbixa Rusiyanın Qara dənizdə gəmilərə qarşı həyata keçirdiyi hücumlar və beynəlxalq hüququ pozması ilə bağlı açıqlama verib.

Hücumun vaxtına və Rusiyanın yaratdığı təhlükəyə diqqət çəkən Sıbixa deyib: "Rusiya gecə yarısı Qara dənizdə Türkiyəyə məxsus quru yük gəmisinə hücum edib. Və bunu Türkiyənin Rusiyaya yüksək səviyyəli səfərindən dərhal sonra edib. Bu, Rusiyanın sözlərinə etibar edilməyəcəyinin açıq göstəricisidir. Rusiya Qara dənizin təhlükəsizliyi və rifahı üçün ən böyük təhdid olaraq qalır."

Hücumun nəticələri və xilasetmə işləri barədə məlumat verən Sıbixa bildirib: "Türkiyə və Hindistan vətəndaşları xilas edilib. Təəssüf ki, bu hücum nəticəsində bir misirli ekipaj üzvü həyatını itirib. Rusiya həmçinin Palau və Beliz bayrağı altında üzən daha iki gəmiyə hücum edib; gəmilər zərər görüb, lakin ekipaj üzvləri xəsarət almayıb."

Beynəlxalq ictimaiyyətə müraciət edən Sıbixa açıqlamasını belə yekunlaşdırıb: "Beynəlxalq hüquqa və gəmiçilik azadlığına qarşı bu həyasız hücum barədə bütün dövlətləri və təşkilatları məlumatlandırırıq. Bu, beynəlxalq ictimaiyyətin və Beynəlxalq Dəniz Təşkilatının güclü və prinsipial cavablarını tələb edir."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp