Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andriy Sibixa bildirib ki, Rusiya ordusu Dniprodakı ABŞ mərkəzli “Bunge” şirkətinə məxsus mülki istehsal müəssisəsini qəsdən hədəf alıb.

Sibixa qeyd edib ki, bu hücum təcrid olunmuş hadisə deyil və Rusiya Ukraynadakı Amerika investisiyalarına qarşı sistemli hücum strategiyası həyata keçirir.

Amerika şirkətlərinə qarşı əvvəlki hücumları xatırladan Sibixa deyib: “Keçən il Rusiya hücumları Kiyevdəki Boeing ofislərinə, Zakarpatyadakı böyük Amerika elektronika istehsalçısına və digər obyektlərə ziyan vurdu. Ukraynadakı ABŞ Ticarət Palatası üzvlərinin təxminən yarısı obyektlərində müxtəlif miqyaslarda zərər və ya dağıntı ilə üzləşdi.”

Moskvanın diplomatik proseslərə münasibətini tənqid edən Sibixa vurğulayıb: “Putinin Ukraynadakı Amerika bizneslərinə və Amerika maraqlarına qarşı hücumları Prezident Donald Trampın rəhbərliyi altında aparılan sülh səylərinə tam laqeydliyini göstərir. Buna görə də sülh prosesini irəli aparmaq, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və sanksiya təzyiqini artırmaq son dərəcə vacibdir.”

Sibixa əlavə edib ki, Rusiyanın konstruktiv addımlara cavab verməməsinin nəticələri olmalıdır: “Moskvanın Ukraynanın sülhə yönəlik konstruktiv addımlarına cavab verməkdən imtina etməsinin bir bədəli olmalıdır və Kreml bu bədilin ciddi olduğunu hiss etməlidir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp