Spayiç: Monteneqronun Aİ-yə üzvlük danışıqlarında 23 fəsil bağlanıb
Podqoritsa, 6 noyabr (Hibya) - Monteneqronun Baş naziri Miloyko Spayiç Brüsseldə keçirilən Hökumətlərarası Konfransda daha iki danışıqlar fəslinin bağlandığını və ümumilikdə 33 fəsildən 23-nün tamamlandığını açıqlayıb.
Monteneqronun Baş naziri Miloyko Spayiç ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində Brüsseldə keçirilən Hökumətlərarası Konfransda daha iki danışıqlar fəslinin bağlandığını bildirib.
Spayiçin açıqlamasına görə, bağlanan fəsillər 1-ci fəsil olan Malların sərbəst hərəkəti və 12-ci fəsil olan Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar siyasətdir. Bununla da Monteneqronun ümumilikdə 33 danışıqlar fəslindən 23-ü bağlanmış olub.
Spayiç 2028-ci ildə Aİ-yə üzv olmaq hədəfi istiqamətində öhdəliklərini yerinə yetirməyə davam etdiklərini bildirərək, danışıqların yekunlaşdırılması prosesində son mərhələyə yaxınlaşdıqlarını vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi