Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqronun Baş naziri Miloyko Spayiç ölkəsinin son üç ildə Avropaya inteqrasiya yolunda əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirərək, bu göstəricinin təkrarlanmasının çətin olacağını qeyd edib.

Aİ ilə danışıqlar prosesini həm İttifaq, həm də Monteneqro üçün son dərəcə mühüm bir dövrdə tamamladıqlarını bildirən Spayiç Avropa Komissiyasının bu prosesdə onlara qətiyyətli dəstək verdiyini vurğulayıb.

Spayiç Berlin Prosesi çərçivəsində keçiriləcək sammitdən əvvəl Budvada Avropa Komissiyasının üzvü Marta Kos və onun komandası ilə görüşdüklərini, 2028-ci ilə qədər Aİ-yə üzvlük kimi ortaq məqsədə nail olmaq üçün atılacaq növbəti addımları təsdiqlədiklərini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp