Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Finlandiya Prezidenti Aleksandr Stubb sosial media hesabında paylaşım edərək Brüsseldə təşkil olunan Avropa İttifaqının Genişlənmə Forumunda iştirak etdiyini açıqlayıb.

Brüsseldə keçirilən forumda Avropanın geosiyasi mövqeyi və gücü ilə bağlı fikirlərini bölüşdüyünü bildirən Stubb belə bir sual səsləndirib: “Fövqəldövlətlər arasında rəqabətin, qitəmizdə davam edən müharibənin, texnoloji rəqabətin və artan qeyri-müəyyənliklərin səciyyələndirdiyi dünyada Avropanı necə gücləndirə bilərik?” Bu suala cavabının olduqca sadə olduğunu vurğulayan Stubb deyib: “Cavabım sadədir: genişlənmə. Avropa İttifaqının indiyədək malik olduğu ən uğurlu xarici siyasət alətindən tam şəkildə istifadə etməliyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp