Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi tərəfindən yayımlanan bəyanatda İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alma cəhdi ən sərt şəkildə pislənib.

Nazirlik bu hərəkətləri dövlətlərin suverenliyinin açıq şəkildə pozulması və regional və beynəlxalq təhlükəsizlik və sabitliyə təhdid kimi qiymətləndirib.

Suriya mülki şəxsləri və infrastruktur obyektlərini hədəfə alan hər cür zorakılığı rədd etdiyini təsdiqləyərək beynəlxalq qanunlara və yaxşı qonşuluq prinsiplərinə riayət olunmasına çağırıb. Bəyanatda Türkiyə və Azərbaycan ilə tam həmrəylik vurğulanaraq beynəlxalq ictimaiyyətin məsuliyyətlərini üzərinə götürərək regional təhlükəsizlik və sülhü qoruması tələb edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp