Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderlandın Baş naziri Dik Sxuf əyalətlərin idarə olunmasına cavabdeh olan Kral komissarları ilə keçirdiyi görüşün təfərrüatlarını bölüşüb.

Kral komissarlarının əyalət işlərinə yaxınlığını və milli məsuliyyətlərini vurğulayan Sxuf deyib: “Kral komissarları öz əyalətlərinin işlərinə yaxından cəlb olunurlar. Eyni zamanda, onlar dövlətin idarəçiləridir və milli məsuliyyət daşıyırlar. Buna görə də onlar hökumət üçün mühüm müzakirə tərəfdaşlarıdır. Bu səhər onları Ümumi İşlər Nazirliyində qəbul etdim”.

Görüşdə müzakirə olunan mövzulara toxunan Sxuf bildirib: “Sığınacaq müraciətlərinin qəbulu, bələdiyyələr üzərində və daxilində yarana biləcək sosial təzyiqlər, eləcə də əyalətlərin və hökumətin rolu kimi məsələləri müzakirə etdik”.

Baş nazir Sxuf yerli rəhbərlərə dəstək və koordinasiyanın əhəmiyyətini vurğulayaraq deyib: “Hökumətin və komissiya üzvlərinin bir-birinin rol və məsuliyyətlərini anlaması və yerli rəhbərlərə necə dəstək göstərə biləcəklərini dərk etməsi vacibdir”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp