Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın Xarici İşlər Naziri Andrii Sybiha Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ilə telefon danışığı apardığını bildirib.

İkili münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdiklərini qeyd edən Sybiha, ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiqlədiklərini vurğulayıb.

Sybiha bildirib: “Həmçinin, qlobal gündəmdə olan geniş mövzular üzrə fikir mübadiləsi apardıq, o cümlədən təhlükəsizlik çağırışları, əlaqələndirmə və nəqliyyat marşrutları və dəhlizlərinin inkişafı məsələləri də müzakirə olundu.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp