Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andriy Sybiha İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqarda ATƏT-in Moskva Mexanizmi hesabatına verdiyi dəstəyə və isveçli ekspertlərin töhfələrinə görə təşəkkür edib.

Sybiha bildirib ki, hesabat ilk dəfə beynəlxalq səviyyədə Rusiyanın ukraynalı uşaqlara qarşı həyata keçirdiyi fəaliyyətlərin ayrı-ayrı hallar deyil, bütöv bir nəslin kimliyini məhv etməyə yönəlmiş məqsədli dövlət siyasətinin tərkib hissəsi olduğunu ortaya qoyub.

O qeyd edib ki, hesabatda uşaqların hərbiləşdirilməsi, ideoloji təsirə məruz qoyulması, məcburi assimilyasiya, qanunsuz deportasiya və məcburi köçürülmə kimi hallar sistemli dövlət siyasəti kimi sənədləşdirilib, eyni zamanda beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun ciddi şəkildə pozulduğu göstərilib.

Sybiha vurğulayıb ki, beynəlxalq ictimaiyyət susmamalıdır və bu siyasətləri planlaşdıran və həyata keçirən şəxslər mütləq cavab verəcəklər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp