Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ senatoru Lindsi Qreham ilə görüşdüyünü açıqlayıb.

Zelenski bunun Qrehamın Ukraynaya onuncu səfəri olduğunu bildirərək, ölkəsinə verdiyi dəstəyə görə ona təşəkkür edib. O qeyd edib ki, Ukraynanın döyüş meydanında güclənməsi diplomatik prosesin uğur şansını artıracaq.

Zelenski bildirib ki, Rusiyaya qarşı sanksiya təzyiqi yeni addımlarla gücləndirilməlidir. O əlavə edib ki, Qreham ABŞ Konqresində bununla bağlı qanun layihəsi üzrə aparılan işlər haqqında ona məlumat verib.

Zelenski həmçinin görüş zamanı Ukraynanın təcili hava hücumundan müdafiə ehtiyaclarının da müzakirə edildiyini bildirib. O qeyd edib ki, Ankarada keçirilən NATO Zirvəsi zamanı ABŞ Prezidenti Donald Trampla Patriot sistemlərinin Ukraynada istehsalına dair siyasi razılaşmalar əldə olunub və bu prosesin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp