Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ölkənin ixrac göstəriciləri və hədəfləri barədə açıqlama verib.

İqtisadi məlumatlara toxunan Tajani bildirib: “Müharibələrə, gömrük rüsumlarına və artan enerji qiymətlərinə baxmayaraq, İtaliyanın xarici ticarət göstəriciləri artmağa davam edir. Təkcə mart ayında Aİ xaricinə ixrac əvvəlki ayla müqayisədə 3,1 faiz artıb və 2025-ci ilin martı ilə müqayisədə 4,5 faizlik artıma çatmışıq.”

Görülən işlərin nəticələrini vurğulayan Tajani deyib: “Bu möhtəşəm rəqəmlər strateji ixrac planımızın nəticəsidir. Dünyanın hər yerindəki bütün İtaliya səfirlikləri və ölkə sistemi ilə birlikdə, İtaliya şirkətlərinin beynəlmiləlləşməsini və ixracını təşviq etmək öhdəliyimizi davam etdiririk.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp