Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani hökumətin ölkə üzrə iqtisadi fəaliyyətləri asanlaşdırmaq məqsədilə “İtaliya Modeli” yaratmağı hədəflədiyini açıqlayıb.

Tənzimləmənin milli istehsal sisteminin rəqabət qabiliyyətini artırmaq və yeni iqtisadi fəaliyyətlərin başlanmasını asanlaşdırmaq məqsədi daşıdığını bildirən Tajani deyib: “Məqsədimiz ‘İtaliya Modeli’ yaratmaqdır.”

Tajani inzibati və prosedur güzəştlərinə dair bütün müddəaların İtaliya üzrə həyata keçiriləcək investisiya layihələrinə, eləcə də sənaye, istehsal və logistika fəaliyyətlərinə tətbiq olunmasını istədiklərini bildirib. O qeyd edib ki, bu addım ölkə daxilində investisiya qoyuluşu və biznes qurulması proseslərinin sadələşdirilməsini hədəfləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp