Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Özbəkistanda ölkənin nəqliyyat naziri Ilkhom Makhkamov ilə görüşüb.

Görüşlə bağlı sosial media hesabında açıqlama verən Uraloğlu iki ölkənin nəqliyyat sahəsində ortaq prioritetlərinin və regional bağlantıların gələcəyinin qiymətləndirildiyini bildirib.

Dəmir yolu daşımalarından logistika dəhlizlərinə, sərhəd keçidlərindən tranzit daşımalarına qədər bir çox məsələnin müzakirə olunduğunu qeyd edən Uraloğlu əməkdaşlığın daha da inkişaf etdirilməsinin hədəfləndiyini ifadə edib.

Uraloğlu Türkiyə ilə Özbəkistan arasındakı əməkdaşlığın ticarətin inkişafına və regional nəqliyyat şəbəkələrinin gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp