Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Sammiti çərçivəsində Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

Üçtərəfli sammitdə çıxış edən Tramp ev sahibliyinə görə təşəkkür edərək görüşün tarixi əhəmiyyət daşıdığını bildirib. Üç ölkənin liderlərinin müzakirə edəcəyi çoxsaylı məsələlərin olduğunu qeyd edən Tramp nüvə tərksilahı, İran, Rusiya-Ukrayna müharibəsi və milli suverenlik mövzularını gündəmə gətirib.

Trampın çıxışından əsas məqamlar belədir:

“Ev sahibliyinə görə sizi təbrik etmək istəyirəm. Bu, çox yaxşı düşünülmüş tədbirdir. Üçtərəfli sammit üçün imkan yaratdığınıza görə də təşəkkür edirəm. Düşünürəm ki, bir çox baxımdan tarix yazırıq, çünki üçümüzün müzakirə edəcəyi çoxlu mövzu var və onların bir çoxunu artıq müzakirə etmişik.

Dünyanın ən böyük üç ölkəsinin liderləri olaraq açıq, şəffaf, qarşılıqlı hörmətə əsaslanan və konstruktiv dialoqu davam etdirmək məsuliyyətimiz var. Bu məsuliyyəti yalnız öz xalqlarımız qarşısında deyil, bütün xalqlar və bütün dünya qarşısında daşıyırıq.

Tarix boyu ciddi fikir ayrılıqları olan bir çox lider bir-biri ilə görüşməkdən çəkinib. Biz isə bunun tam əksini düşünürük və bu məsələdə mövqeyimiz çox aydındır. Keçmiş fikir ayrılıqlarını müzakirə etməkdən imtina heç bir problemi həll etmir. Yeni yanaşmalar imkanlar yaradır və bir çox fərqli, mühüm məsələyə müxtəlif baxış bucaqlarından yanaşmağımıza şərait yaradır.

Bu zalda olan hər kəs daha yaxşı gələcək üçün hansı məsələləri müzakirə etməli olduğumuzu anlayır. Gələcəyimiz naminə dünyanın ən böyük gücləri olan Amerika Birləşmiş Ştatları, Rusiya və Çin silahların sayının azaldılması barədə danışıqlar aparmalı və onların istifadəsi riskini azaltmaq üçün tədbirləri müzakirə etməlidir. Nəticələri təsəvvür edilməyəcək qədər ağır ola biləcək silahların istifadə riskini azaltmaq üçün unikal mövqedəyik.

Eyni zamanda ölkələrimizin silah ehtiyatlarını azaltmaq baxımından da çox mühüm mövqedəyik. Açığını desəm, bunu etmək həqiqətən çətindir. Çünki bu silahlara bir dəfə sahib olduqdan sonra nüvə silahlarından qurtulmaq heç də asan deyil. Bir lider kimi onlardan imtina etmək də asan deyil. Hətta bunu söyləmək belə asan deyil.

Həyat belədir, bilirsiniz. Minlərlə nüvə silahından danışırıq və onlardan imtina etməliyik. Bizdən başqa, daha az sayda olsa da, bu silahlara malik digər ölkələr də var. Buna görə nüvə silahlarından imtina etmək heç də asan məsələ deyil.

Eyni şəkildə nüvə silahlanması və bu silahlara çıxış riskinə qarşı birlikdə işləməliyik. Məhz buna görə İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik.

Bu gün bütün bu problemləri müzakirə edəcəyik. Dünyada ən çox müzakirə olunan məsələləri nəzərdən keçirəcəyik. Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəyik. Cənab Prezidentlə bu barədə uzun söhbət etdik və görüşümüzün böyük hissəsi bu mövzuya həsr olundu. Düşünürəm ki, onunla danışılacaq çox məsələ var. Əlbəttə, qarşı tərəfin də müharibənin bitməsini istədiyini düşünürəm.

Əməkdaşlığın digər potensial sahəsi ölkələrimizin suverenliyini qorumaqdır. Qlobalist Beynəlxalq Cinayət Məhkəməsi kimi nəzarətdən çıxmış qurumlardan ölkələrimizin suverenliyini qorumalıyıq. Çünki hesab edirik ki, bu qurum artıq səlahiyyətlərini xeyli aşıb.

Bu gün ölkələrimizin tarixində ilk üçtərəfli sammitdə iştirak etmək və sizinlə, cənab Prezident, görüşmək mənim üçün böyük şərəfdir. Siz həqiqətən möhtəşəm iş görürsünüz. Söhbət 40 ildən gedir və bunların böyük hissəsi son 20–25 ildə baş verib. Dünyanın ən böyük şəhərlərindən biridir və şübhəsiz ki, qüsursuzdur, həqiqətən böyük nailiyyətdir.

Sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Sizinlə görüşmək də böyük şərəfdir. Görək, nəsə edə biləcəyikmi. Çox sağ olun.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp