Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın yeni vəzifələri ilə bağlı açıqlama verib.

Tramp Barrakın Suriya üzrə Prezidentin Xüsusi Nümayəndəsi və İraq üzrə Prezidentin Xüsusi Nümayəndəsi təyin olunduğunu elan edib.

Açıqlamada bildirilib ki, Barrak Türkiyədə səfir vəzifəsini də davam etdirəcək və ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə fəaliyyət göstərəcək.

Tramp qeyd edib ki, Barrak Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığın inkişaf etdirilməsi prosesində mühüm rol oynayacaq və deyib: "Tom Barrakın gördüyü işləri və ölkəmizə xidmət etməyə davam etmək istəyini yüksək qiymətləndiririk. Bu məsələyə göstərdiyiniz marağa görə təşəkkür edirəm!"

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp