Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp, İran və İsrail arasında yaşanan gərginliklə bağlı mətbuatın suallarını cavablandırıb.

Trampın açıqlamasında bu fikirlər yer alıb:

"Biz bir müddətdir İranla danışıqlar aparırıq. İran bir neçə ay və ya həftə ərzində nüvə silahına sahib ola bilərdi. Əlbəttə ki, buna imkan verə bilməzdik. Hər kəs bilir ki, mən İraq müharibəsinə qarşı idim. Dəfələrlə dedim – İraqa girməyin, amma girsəniz, neftə sahib olun. İranın nüvə silahı axtarmadığına dair heç bir sübut yoxdur. Çinlə çox yaxşı münasibətimiz var. Nə baş verəcəyini görəcəyik. Onların bu vəziyyətə qarışacağını düşünmürük. Müharibəyə daxil olub-olmayacağımızı indi deyə bilmərəm. Bəlkə bir il, bəlkə beş il, bəlkə də on ildən sonra danışarıq. Heç vaxt qərarların necə veriləcəyini bilməzsiniz. Danışıqlar zamanı atəşkəs mümkündür — əlbəttə ki, görəcəyik. Hal-hazırkı vəziyyətə baxdıqda, bunu dayandırmaq çox çətindir. Müharibə baxımından İsrail çox yaxşı gedir, İran isə daha az. Belə bir vəziyyətdə insanları dayandırmaq asan deyil. İran dünyanın ən böyük neft ehtiyatlarından birinə sahibdir — niyə nüvə enerjisinə ehtiyac duyduqlarını başa düşmürəm."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp