Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bir jurnalistin Hindistanın 20-25 faiz arasında gömrük rüsumu ödəyib-ödəməyəcəyi sualına o, “Bəli, elə düşünürəm” cavabını verib.

Tramp Şotlandiya səfərindən Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərlə görüşüb.

ABŞ Prezidenti deyib: “Hindistan yaxşı dost olub, lakin digər bütün ölkələrlə müqayisədə çox yüksək gömrük rüsumları tətbiq edib. Bunu etmək olmaz.”

ABŞ Ticarət Nümayəndəsi Cemison Qrir bazar ertəsi CNBC-yə verdiyi müsahibədə bildirib ki, Hindistanla ticarət razılaşması əldə etmək üçün iki ölkə arasında əlavə danışıqlara ehtiyac olacaq.

Rəsmisi deyib: “Onlar bazarlarının bir hissəsini açmağa böyük maraq göstəriblər və biz onlarla danışıqları davam etdirməyə tam hazırıq. Lakin onların nə qədər iddialı olduqlarını başa düşmək üçün hind dostlarımızla bir neçə raund əlavə danışıqlar aparmalıyıq.”

ABŞ Ticarət Nazirliyinə görə, ötən il ABŞ Hindistandan 87 milyard dollar dəyərində mal idxal edib, Hindistan isə ABŞ-dan 42 milyard dollar dəyərində mal alıb.

ABŞ-ın Hindistandan aldığı əsas məhsullar arasında dərman preparatları, rabitə avadanlıqları və geyim malları var.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp