Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında yazıb: “Rejim dəyişikliyi ifadəsi siyasi baxımdan düzgün deyil, amma əgər indiki İran rejimi İRANI YENİDƏN BÖYÜK edə bilmirsə, o zaman niyə rejim dəyişikliyi olmasın??? MIGA!!!”

Əvvəllər ABŞ-ın vitse-prezidenti JD Vance “Biz İranla deyil, onun nüvə proqramı ilə müharibə aparırıq” deyə israr edərkən, Dövlət katibi Marko Rubio ABŞ-ın “İranda müharibə istəmədiyini” bildirmişdi.

Bu arada dünya, ABŞ-ın 1979-cu il İran inqilabından bəri İslam Respublikasına qarşı Qərbin ən böyük hərbi əməliyyatına İsraillə birgə qoşulmasından sonra İranın reaksiyasını gözləyirdi.

İstanbulda çıxış edən İran xarici işlər naziri Abbas Əraqçi ölkəsinin bütün mümkün cavabları nəzərdən keçirdiyini bildirdi. O, cavab verilənə qədər diplomatiyaya qayıdışın olmayacağını qeyd etdi. “ABŞ göstərdi ki, beynəlxalq hüquqa hörmət etmir. Onlar yalnız hədə və güc dilini anlayırlar,” – deyə o bildirib.

Sonradan Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya uçdu.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp