Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyik
Vaşinqton, 11 noyabr (Hibya) - ABŞ Prezidenti Donald Tramp Veteranlar Günü münasibətilə verdiyi açıqlamada İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün xidmət edən hərbi qulluqçulara təşəkkür edib.
ABŞ Prezidenti Donald Tramp Veteranlar Günü münasibətilə verdiyi açıqlamada dünyada terrorizmin ən böyük dövlət himayədarı kimi xarakterizə etdiyi İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün xidmət edən bütün hərbi qulluqçulara xüsusi təşəkkürünü bildirib.
Tramp İranın heç bir halda nüvə silahına sahib olmasına icazə verilməyəcəyini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi