Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar neft naziri və onu müşayiət edən nümayəndə heyəti ilə 2026-cı il Pakistan Mədən İnvestisiya Forumuna hazırlıq işlərini müzakirə edib.

Görüşdə forumda iştirak edəcək beynəlxalq nümayəndə heyətlərinin qarşılanması və onlara şərait yaradılması istiqamətində görülən işlər, eləcə də qlobal mədənçilik təşkilatlarına göstəriləcək dəstək müzakirə olunub.

Dar mədənçilik sektorunun ölkənin iqtisadi artımı və birbaşa xarici investisiyaların cəlb edilməsi baxımından böyük potensiala malik olduğunu bildirib. O, forumun uğurlu keçirilməsi üçün xarici rəsmilərə və investorlara lazımi şərait yaradılmasının, protokol dəstəyinin gücləndirilməsinin və qurumlararası koordinasiyanın sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Baş nazirin xüsusi köməkçisi Tariq Bacva, Neft Nazirliyinin katibi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri və aidiyyəti nazirliklərin nümayəndələri iştirak ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp