Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Meksika üzərindən ölkəyə doğru nəhəng miqrant karvanlarının hərəkətə başladığını bildirərək xəbərdarlıq edib.

Ağ Evin sosial şəbəkələrdə paylaşdığı açıqlamada miqrant karvanlarında olan bir çox şəxsin müxtəlif ölkələrin qəbul etmək istəmədiyi insanlar olduğu vurğulanıb. Prezident Tramp bildirib: “Onları Amerikaya göndərin deyirlər, amma onlar qəbul edilməyəcəklər! Meksika onları dərhal dayandırmalıdır”. O, Meksika hakimiyyətinə, həmçinin Texas qubernatoruna, Sərhəd Patrul Xidmətinə və İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) bölmələrinə lazımi məlumatların çatdırıldığını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp