Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp sosial media hesabında Right Side Broadcasting Network (RSBN) teleşəbəkəsinin yayımlarını tərifləyən paylaşım edib.

Paylaşımında Demokratlara və "radikal solçu cihadçılar" adlandırdığı qrupa da toxunan Tramp bildirib: "Texasın Korpus-Kristi şəhərinə yola düşmüşəm. Right Side Broadcasting Network (RSBN) kanalını izləyirəm. Onların mitinqlərimizi işıqlandırması həqiqətən möhtəşəmdir! Amerikaya və təmsil etdiyimiz dəyərlərə göstərilən coşğunu izləmək çox gözəldir. Xüsusilə də bu yayımlar RINO-lar, Demokratlar və Amerikaya nifrət dolu cəfəngiyyatlar səsləndirən radikal solçu cihadçılar tərəfindən daim kəsilmədiyi üçün."

Tramp həmçinin mitinqlərin izlənmə göstəricilərinin artdığını vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp