Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Kanada, İspaniya, İsveçrə, Misir və Türkiyənin Ukraynaya yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.

Zelenski bildirib: "Hər bir ölkə və hər bir münasibət Ukrayna üçün vacibdir."

Səfirlərin Kiyevdə diplomatik fəaliyyət göstərməsinin əhəmiyyətinə toxunan Zelenski diplomatların əvvəlki gecə Rusiyanın ballistik raket hücumlarının törətdiyi dağıntıları gördüklərini və Ukraynanın insanların həyatını qorumaq üçün hansı dəstəyə ehtiyac duyduğunu anladıqlarını ifadə edib. Zelenski Patriot və HAWK hava hücumundan müdafiə sistemlərinin tədarükünün, eləcə də hava müdafiəsinin gücləndirilməsinin hər gün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident Zelenski görüşlərdə sülhün təmin olunması istiqamətində səylərin və Ukraynanın Avropaya inteqrasiya prosesinin müzakirə edildiyini bildirib. O, həmçinin Rusiyanın Qara dənizdə tətbiq etdiyi blokadanın və Ukrayna taxılından asılı olan ölkələrdə yaşanan ərzaq böhranının da gündəmə gəldiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp